63 yaşlı qadın tüstüdən zəhərləndi

63 yaşlı qadın tüstüdən zəhərləndi

Oğuzda 63 yaşlı qadın dəm qazından və tüstüdən zəhərlənib.

Aktual.az bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün saat 02:45 radələrində Oğuz şəhəri, Gənclər küçəsində yaşayan, 1953-cü il təvəllüdlü Pakizə Məmmədəli qızı İsfəndiyarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, evin həyətyanı sahəsindəki tövlədə baş verən yanğın zamanı dəm qazı və tüstüdən zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Pakizə İsfəndiyarovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR