58 yaşlı qadın intihar etdi

58 yaşlı qadın intihar etdi

Şəkidə 58 yaşlı qadın intihar edib.

Aktual.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyulun 11-i axşam saatlarında rayonun Bideyiz kənd sakini, 1959-cu il təvəllüdlü Gülarə Elməddin qızı Qafarovanın meyiti yaşdığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə aşkarlanıb. Ailəli və üç uşaq anası olan Gülarə Qafarovanın intihar etdiyi müəyyənləşib.
 
Məlumatda bildirilir ki, Gülarə Qafarova son zamanlar əsəb xəstəliyindən əziyət çəkib.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR