“56 nəfərin zəhərlənməsi faktı təxribat ola bilər”

“56 nəfərin zəhərlənməsi faktı təxribat ola bilər”

“Lənkəranda kütləvi zəhərlənmə hadisəsi təxribat da ola bilər”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla ötən gün Lənkəran şəhərində baş verən kütləvi zəhərlənmə faktını şərh edərkən deyib. Onun sözlərinə görə, hadisə suda olan zəhərləyici və toksiki maddələrdən baş verib: “Bu maddələr suya qarışanda orqanizmi müqavimətdən salır. Bu baxımdan ekspertizanın cavabı açıqlanmayana kimi hər hansı fikir yürütmək çətindir. Hər halda hadisənin səbəbi müəyyən edilməlidir ki, bu fakt sudan zəhərlənmədir, yoxsa təxribatdır”.

Qeyd edək ki, Lənkəran şəhərinin Daştatük kəndində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Sentyabrın 5-də sözügedən kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər müraciət edib. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR