500 minlik dələduzluğa görə həbs edilən şirkət rəhbəri apellyasiya şikayəti verib

500 minlik dələduzluğa görə həbs edilən şirkət rəhbəri apellyasiya şikayəti verib

Dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Tapdıq Namazovun barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

"Report"un xəbərinə görə, şikayətə hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya baxacaq. İlkin baxış iclası noyabrın 28-nə təyin edilib. Qeyd edək ki, T.Namazov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.
T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
T.Namazov isə məhkəmədə bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı ölkə xaricində olduğunu, könüllü ölkəyə qayıtdığını deyib.
T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 79.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR