50 yaşlı kişi yol kənarından ağır yaralı vəziyyətdə tapıldı

50 yaşlı kişi yol kənarından ağır yaralı vəziyyətdə tapıldı

Salyanda ağır xəsarətlər almış 50 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Salyan rayon sakini, Zərgərli küçəsi 25 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Əhmədov Elxan Kamil oğlu baş nahiyəsinin xəsarəti və sol budunun sınıqları diaqnozu ilə Salyan rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 

Adıçəkilən şəxsi təcili yardım Qızılağac kəndində yolun kənarından götürərək xəstəxanaya çatdırıb. Yaralı şəxs hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır. 

Aktual.az 

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR