400-dən çox sahibkar xaricə gedə bilməyəcək – SİYAHI

400-dən çox sahibkar xaricə gedə bilməyəcək   – SİYAHI

Vergilər Nazirliyi avqustun 31-ə olan vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. 

Aktual.az nazirliyə istinadən xəbər verir ki, vergi borcu olan 430-dan artıq müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib.

Nazirlik xatırladır ki, borclar tam ödənilməlidir:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə, məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”.

Həmin yenilənmiş siyahını sizə təqdim edirik:

http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR