4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəzası verildi

4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

Bundan başqa, qəzada iki nəfər də yaralanıb

Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Qəza zamanı yalnız "KamAZ"ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

Qəzadan sonra Elturan Fərəcov həbs edilib. O, Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha çix şəxsin ölümünə səbəb olan avtomobil qəzası törətmə) maddəsi ilə ittiham edilir.

 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR