4 evdən oğurluq edən keçmiş məhkum tutulub

4 evdən oğurluq edən keçmiş məhkum tutulub

Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Alkişiyev Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. 

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 3 mağazadan pul və mobil telefonlar, habelə bir evin dəhlizindən velosipedi oğurlaması da müəyyən edilib. 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. 
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR