38 yaşlı şəxs uşaq bağçasında baltalandı - Bakıda

38 yaşlı şəxs uşaq bağçasında baltalandı - Bakıda

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

Aktual.az xəbər verir ki, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.
1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. (report)
 
Aktual.az
Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR