35 yaşlı kişi özünü asdı - Bakıda

35 yaşlı kişi özünü asdı - Bakıda

Bakıda məcburi köçkün intihar edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Zəngilan rayonunda qeydiyyatda olan, 1982-ci il təvəllüdıü İbadov Rafiq Oktyabr oğlu qəsəbə ərazisindəki "Oxatan" məcburi köçkün düşərgəsinin həyətindəki idman qurğusundan özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR