Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...” (YENİLƏNİB)

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...” (YENİLƏNİB)

 Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəbli oktyabrın 11-də, Bakıdakı klinikaların birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.

Aktual.az xəbər verir ki, sözügedən təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, şagirddə yanaşı xəstəlik olmayıb:

"Kamil Əsgərovun valideyinləri də bildirir ki, onda başqa xəstəlik olmayıb. Digərləri kimi o da sağlam, normal uşaq idi. Xəstələndikdən sonra vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. Hələ ki, məktəbdə distant təhsilə yalnız onun oxuduğu sinif keçib. Digər siniflər ənənəvi qaydada tədrisi davam etdirir”.
 
10.30
 
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

Aktual.az APA-ya istinadla xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən APA-ya verilən açıqlamada K. Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR