Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və
cari məsələlər müzakirə olunub. Müzakirə olunan ilk məsələ partiyanın Ali
Məcslininin növbəti sessiyasının çağırılması ilə bağlı olub. Səsvermə
nəticəsində BAXCP Ali Məclisinin sessiyasının martın 16-da, saat 12:00-da
çağırılması ilə bağlı qərar qəbul edilib.
BAXCP İdarə Heyətinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğrması
və aprelin 28-nin işğal günü kimi qeyd olunması da müzakirəyə çıxarılıb.
Bildirilib ki, qonşu Gürcüstanda da ilk respublikanın süquta uğradığı 25 fevral
tarixi "Sovet işğalı günü” kimi qeyd olunur, həmin gün bayraqlar endirilir və
bütün respublika ərazisində işğal və repressiya qurbanları 1 dəqiqəlik sükutla
yad edilir: "Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 1-ci maddəsində qeyd
olunur ki, "1920-ci il aprelin
27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt
etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi RSFSR-in müstəqil
Azərbaycanı işğal etməsi hesab edilsin”. BAXCP İdarə Heyəti Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının bu müddəasını əsas götürərək,
hökuməti hər ilin 28 aprel tarixinin "Sovet işğalı günü” kimi qeyd olunması,
həmin gün dövlət bayraqlarının endirilməsi, bütün respublika ərazisində işğal
və repressiya qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi məqsədi ilə
müvafiq qərar qəbul etməyə çağırır.