2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

"Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov "Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda "dəyirmi masa"da deyib.
B.Əsgərov bildirib ki, bu göstərici "Turizm strategiyası-2023" çərçivəsində nəzərdə tutulub.

Agentlik rəsmisi qeyd edib ki, turizmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
"Bizim qurum Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları ilə sıx əməkdaşlıq edir və biz qarşımızda yarış həvəskarlarının ölkədə qalma vaxtını artırmaq tapşırığı qoymuşuq. Məsələ burasındadır ki, Formula 1 həvəskarları Azərbaycanda yarışın keçirildiyi 3-4 gün ərzində olurlar. Biz isə turistlərdə bölgələrimizə səfər etməyə maraq oyatmaq və ölkədə daha çox qalma müddətini artırmaq üçün yeni turizm məhsulları və brendləri üzərində çalışırıq".
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR