Ombudsmanın maaşı artırıldı

Ombudsmanın maaşı artırıldı

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılıb.

 Aktual.az unikal-a istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa dəyişiklik edilib.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanuna dəyişiklik III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR