Gürcüstanda çörək bahalaşıb

Gürcüstanda çörək bahalaşıb
  • DÜNYA

Bu il Gürcüstanda çörək 10 tetri (5,7 qəpik) bahalaşıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Çörək Sənayesi İttifaqının rəhbəri Malxaz Dolidze bildirib.
Onun sözlərinə görə, bahalaşma əsasən çörək hazırlanmasında istifadə edilən xammalın və digər köməkçi məhsulların qiymətindəki artım fonunda baş verib.
"Bu il çörəyin qiymətində 10 tetri artım olub. Bildiyimiz kimi, dünya bazarında buğdanın və unun qiyməti dəyişib, bu da çörəyin qiymətində özünü göstərir. Köməkçi materiallar alırıq və hər şey bahadır”, – deyə M. Dolidze bildirib.
O həmçinin qeyd edib ki, hazırda ölkədə unun qiyməti sabitdir və çörəyin yenidən bahalaşması gözlənilmir.


Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR