Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət
edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə millət vəkili
Q.Paşayeva onları Ramazan ayı münasibətilə təbrik edib, dualarının qəbul
olunmasını diləyib.
Millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli
istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Millət vəkili
Q.Paşayeva bir sıra şəhid ailələrini, Qarabağ müharibəsi əlillərinin ailələrini
ziyarət edib, qayğıları ilə maraqlanıb. Millət vəkili həmçinin
fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Millət
vəkili bəzi kəndlərdə aparılan görülən işlərlə tanış olub, fikir və təkliflərini
bölüşüb. Kəndlərdə bir sıra xəstələri ziyarət edən millət vəkili Q.Paşayeva
onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə
almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Tovuz rayon Mərkəzi Xəstəxanasına
müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə
dəstək olub. Bir sıra sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial
yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və
elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərlməsi
üçün millət vəkili Q.Paşayevaya müraciətlər ediblər. Sakinlərlə görüşdə
bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər,
müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq
işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da
yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə
Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar
verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz
müsbət təsirini verəcək. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları
narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində
həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət
vəkili Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq
qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini
də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları
yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə
çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva
Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən
danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.
Xəbər 267 dəfə oxunub.