Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Polis departamenti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, mart 31-də Azərbaycan vətəndaşı "112” xidmətinə zəng vuraraq "Sheraton” mehmanxanasındakı kazinoda partlayıcı qurğunun yerləşdirildiyi barədə yalan məlumat verib. Həmin şəxsin zəng vruduğu zaman eyni kazinoda olduğu məlum olub.

Zəngin daxil olmasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və istehkamçılar mehmanxanaya gəlib. Vətəndaşların və işçilərin təcili təxliyyəsi həyata keçirilib. Nəticədə heç bir partlayıcı qurğu aşkar olunmayıb.

Azərbaycan vətəndaşına qarşı "yalan məlumat vermə” maddəsi üzrə cinayət işi açılıb. Onu 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR