Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub
  • DÜNYA

Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq ərazisində zəlzələ baş verib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 5 bal gücündə qeydə alınıb.
Zəlzələnin Mərmərə – Egey bölgələri boyunca, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və İzmir şəhərlərində də hiss edildiyi bildirilib.
Zəlzələdən dolayı Çanaqqala sakinləri arasında ciddi təşviş yaşanıb və insanlar küçələrə axın edib.
Ayvacıq səmtinə elektrik enerjisinin verilişi dayandırılıb.
Yeraltı təkanların ən azı 30 saniyə davam etdiyi deyilib.
Qəndilli rəsədxanası isə zəlzələnin maqnitudasının 5,5 gücündə olduğu barədə informasiya yayıb.
Dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR