Rusiya neft hasilatını azaldıb

Rusiya neft hasilatını azaldıb

 Yanvar ayının on günü ərzində Rusiyada neft və qaz kondensatının gündəlik hasilatı 11,38 milyon barelədək azalıb.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, indiki hasilat həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə 30 min barel azdır.
Xatırladaq ki, 2018-ci ildə Rusiya neft hasilatını azaltmaq barədə OPEC-lə sazişinə xitam verməyə hazırlaşırdı. İlin sonundakı qiymətlərin düşməsi Rusiya və Səudiyyə Ərəbistanını hasilatın azaldılmasına dair yeni saziş imzalamağa vadar etmişdi.
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR