Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 11 700 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Aktual.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 232 ədəd və yaxud 2,6 dəfə çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 69 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 402 ədədi və yaxud 88,9%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 157 ədədi və yaxud 9,9%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi və yaxud 0,6%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 7 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 42 ədəd və yaxud 37,8%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 6 611 ədəd və yaxud 2,75, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 638 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 25 ədəd və yaxud 53,2% artıb. 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR