Bakının bu rayonu qazsız qalacaq

Bakının bu rayonu qazsız qalacaq

Bu gün Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Nəsimi rayonu M. Sənani küçəsində diametri 273 mm-lik polietilen yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və diametri 250 mm-lik siyirtmənin qurlaşdırılması ilə əlaqədar noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1 və 2-ci Alatava, 20 Yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və H. Əliyev prospektlərinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 
Aktual.az
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR