Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin (MM) plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, iclasda Baş nazir Artur Rasi-zadə dail olmaqla hökumət nümayəndələri də iştirak edir.
MM sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 7 məsələ daxildir. Belə ki, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəri müzakirə olunacaq.
Bundan başqa, Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.
Plenar iclas noyabrın 23-dək davam edəcək. 
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR