Bakıda yanan bina söndürüldü - Ölənlər var - YENİLƏNİB - VİDEO

Bakıda yanan bina söndürüldü - Ölənlər var - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Yanğında iki qardaş ölüb.
 
Onların kimliyi dəqiqləşdirlir.
 
Araşdırma aparılır.
 
 
****
Bakıda yaşayış binası yanır.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Aktual.az
Xəbər 762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR