İlham Əliyev Bruney Sultanını təbrik edib

İlham Əliyev Bruney Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahanı təbrik edib.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
 
Aktual.az
Xəbər 628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR