2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi

2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi
  • İDMAN

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə  idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib.

Aktual.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.    

WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş siyahı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.     

WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.  

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR