Azərbaycan Qazaxıstandan taxıl alacaq

Azərbaycan Qazaxıstandan taxıl alacaq

"Bu il Azərbaycan Qərbi Qazaxıstan regionundan 1 milyon tondan çox taxıl alacaq”.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında keçirilən görüşdə bildirib. 

"Biz taxılçılıq sahəsində Qazaxıstanla yaxından əməkdaşlıq edirik. Hər il Qazaxıstandan taxıl alırıq”, - deyə R.Məmmədov sözlərinə əlavə edib.

Səfir həmçinin xatırladıb ki, son il ərzində Azərbaycanla bu region arasında ticarət dövriyyəsi 25% artıb.
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR