Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Oktyabr ayının 20-də Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank "Amrahbank”dır. 

Aktual.az  Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,6250 manata alır.

Dolların qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank”dır. Bu bankda alış qiyməti 1,5390 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə "Turanbank”dadır. Bu bank dolları 1,6300 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,6671 manatdır. "Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri 

Avronu ən baha "Amrahbank” alır – 1,7800 manat. Avronun ən ucuz götürüldüyü bank isə "Bank Respublika” və "Yapı Kredi Bank”dır - 1,6872 manat. Avronu ən ucuz "Turanbank” və "Azərpoçt” satır - 1,7900 manat. Avronun ən baha satış qiyməti 1,8276 manat təşkil edir. "Azərbaycan Beynəlxalq Bankı” avronu bu məzənnə ilə satır. 
 
Aktual.az 
Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR