Manatın MƏZƏNNƏSİ

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Aktual.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,28% möhkəmlənərək 1,7592 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 17-si ilə  müqayisədə 0,4% möhkəmlənərək 0,0254 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% möhkəmlənərək 0,5163 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9525 manatdır. Beləliklə, funt sterlinq 0,55%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,13% ucuzlaşaraq 0,6738 manat təşkil edib.

 

Aktual.az

Xəbər 615 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR