Dollar satan banklar – SİYAHI

Dollar satan banklar   – SİYAHI

Bu gün Azərbaycan vətəndaşları küçə-küçə gəzib dollar axtarırlar. Bankların çoxu dollar satmadığından insanlar bir neçə ünvana baş çəkmək məcburiyyətindədirlər.

Aktual.az  xəbər verir ki, “Marja”nın əldə etdiyi məlumata görə, bu gün “AccessBank”, “Azərbaycan Sənaye Bankı”, “Azər Türk Bank” və “CDB Bank” limitlə də olsa dollar satırlar.

AccessBank (“Səbail”, “Həzi Aslanov”, “Badamdar” filiallarında satılır) və Azərbaycan Sənaye Bankı bir müştəriyə yalnız 100 dollar satır.  

Azər Türk Bank və CDB Bank-da isə satış məbləği kassada bildirilir. Dollar almaq istəyənlər bu bankların bütün filiallarına yaxınlaşa bilərlər.

Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR