Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, paytaxtda və yarımadada arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacağı gözlənilir. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti,dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR