Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Dünya bazarında neft ucuzlaşıb.

Aktual.az  APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar azalaraq 49,81 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 51,93 dollar olub.
 
Maraqlıdır ki, ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının azalması ilə bağlı məlumatı da neftin ucuzlaşmasının qarşısını ala bilməyib. Belə ki, sentyabrın 30-na olan məlumata görə, ABŞ-da neft ehtiyatları gözlənilmədən 3 mln. barel və ya 0,6% azalaraq 499,7 mln. barelə düşüb. Halbuki, analitiklər 2,56 mln. barel həcmində artım proqnozlaşdırmışdılar. Bununla da, artıq 5-ci  həftədir ki, ABŞ-da neft ehtiyatları azalır. Qeyd edək ki, həftə ərzində bu ölkədə gündəlik neft istehsalı 0,35% və ya 30 min barel azalaraq 8,467 mln. barel təşkil edib. 

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR