Prezidentdən icra hakimiyyəti ilə bağlı - Sərəncam

Prezidentdən icra hakimiyyəti ilə bağlı   - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli 902 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 4-cü bəndinə “möhürə,” sözündən sonra “kargüzarlıq xidmətinin gerbsiz möhürünə,” sözləri əlavə edilsin. 

Xəbər 746 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR