İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Prezident İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Aktual.az  xəbər verir ki, Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. 

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR