Şahin Mustafayev İrana gedir

Şahin Mustafayev İrana gedir

Bu gün iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədriŞahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən  bildirilib. 

“Səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq,
 
Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək”, - deyə nazirlikdən qeyd edilib.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR