Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Van der Bellen,

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın
bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR