Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR