2016-cı ilin ən yaxşı atletlərinin adları açıqlandı

2016-cı ilin ən yaxşı atletlərinin adları açıqlandı
  • İDMAN

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2016-cı ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Assosiasiyanın məlumatında bildirilir.

Doqquz qat Olimpiya çempionu, əfsanəvi sprinter Üseyn Bolt (Yamayka) və efiopiyalı Almaz Ayana ən yaxşı yüngül atlet seçiliblər.

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb.

Qeyd edək ki, "Rio-2016”-da Üseyn Bolt 3 qızıl, Almaz Ayana isə bir bürünc və 10 min metr məsafəni qət etməkdə dünya rekordu ilə qızıl medal qazanıb.
 
Aktual.az 
Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR