"20 Yanvar"da tıxac problemi həll olunur


Bakıda ''20 Yanvar'' dairəsində hərəkətin idarə olunmasında dəyişiklik edilir. Belə ki, dairənin ətrafına 4 ədəd işıqfor quraşdırılıb. Bu isə o deməkdir ki, bundan sonra "20 yanvar" dairəsinə giriş işıqforlar ilə tənzimlənəcək.

Aktual.az xezerxeber.az-a istinadən bildirir ki,  Bakının ''20 Yanvar'' dairəsində avtomobillərin sıxlıq təşkil etdiyi ərazidə işiqfor quraşdırılıb.

İndiyə qədər həmin ərazidə işiqfor olmadığından günün pik saatlarında hərəkət yol polisləri tərəfindən tənzimlənirdi.

Yeni quraşdırılan işıqforların yaxın vaxtlarda işə salınacağı bildirilir. Hər gün "20 yanvar" dairəsindən keçən sürücülərin işıqforların tıxac problemini azaldıb-azaltmayacağı ilə bağlı fikirləri birmənalı deyil.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, körpünün ətrafında işıqforlar həmin ərazidə tıxacları azaltmaq məqsədilə quraşdırılıb və bir neçə gündən sonra həmin işıqforlar işləyəcək. Əgər sürücülərin dediyi kimi sıxlığın qarşısını almasa, işıqforlar ərazidən götürüləcək.
 
Aktual.az 
Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR