20 nəfər gözündən əməliyyat olundu, 150 nəfər müayinə edildi - Tovuzda

20 nəfər gözündən əməliyyat olundu, 150 nəfər müayinə edildi   - Tovuzda

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Tovuzda 20-dən artıq sakini əməliyyat 150 nəfərə yaxını müayinə edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Tovuz rayonunda olub və göz xəstəliyindən əziyyət çəkən sakinlərin müayinəsi və əməliyyatını həyata keçirib. Səyyar həkim briqadası tərəfindən aparılan iki günlük aksiya zamanı 20-dən artıq sakin əməliyyat olunub, 150-dən çoxu müayinə edilib və onlara məsləhət və tövsiyyələr verilib. Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib. Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına bir millət vəkili kimi öz adından və sakinlər adından təşəkkürünü bildirib. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyət barədə danışan millət vəkili Qənirə Paşayeva Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi rəhbərliyinin yaxın aylarda Tovuzda təkrar belə bir aksiyaya ehtiyac olması barədə onun bir millət vəkili olaraq sakinlər adından müraciətinə dəstək verdiklərini deyib və həmin zaman yenə ən azı 20-dən çox sakinin əməliyyat və 200-ə yaxının müayinəsinin aparılacağını deyərək Mərkəzə təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib,onların qayğıları maraqlanıb.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR