20 minə yaxın abituriyent ixtisas seçimi etdi

20 minə yaxın abituriyent ixtisas seçimi etdi

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I -IV) üzrə ixtisas seçimi davam edir.

Aktual.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  bu gün saat 11:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 19 939 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 18 145-i Azərbaycan, 1 794-ü isə Rus bölməsinin məzunlarıdır. 

İxtisas seçimi edən 19 939 abituriyentin  6 404-ü I, 5 950-si II, 5 817-si III, 1 768-i isə IV ixtisas qrupu üzrə sənəd verib. 
 
Qeyd edək ki, avqustun 5-dən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayacaq. Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər edə biləcək. 
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR