2 musiqi məktəbinə direktor təyin olundu

2 musiqi məktəbinə direktor təyin olundu

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları həyata keçirilib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
Bu təyinatadək M. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F. Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR