2 il ərzində 365 şikayət edilib

2 il ərzində 365 şikayət edilib

"İki il ərzində vətəndaşlardan Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə 365 şikayət daxil olub".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin koordinatoru Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ şəkildə araşdırılıb, bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Elektron Səhiyyə Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində ümumilikdə bu quruma 61 452 vətəndaşın müraciət etdiyini deyən N.Daşdəmirova bildirib ki, əsassız sayılan şikayətlərin çoxu vətəndaşların xəstəlikləri ilə bağlı olur:

"İnsanlar hər hansı xəstəlikləri ilə bağlı ilk olaraq haraya müraciət edəcəklərini bilmirlər. Vətəndaş bilməlidir ki, hansı xəstəliklə bağlı hansı səhiyyə ocağına müraciət etməlidir. Müraciətlər ilk növbədə poliklinika səviyyəsindən başlamalıdır. Vətəndaş heç bir göndəriş olmadan birbaşa xəstəxanaya getdikdə və qəbul edilmədikdə sonradan müxtəlif problemlər meydana çıxır".

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əməkdaşı Sevda Qafarova isə bildirib ki, "9103- Qaynar xətt" xidmətinə iki il ərzində 30 576 müraciət daxil olub. Müraciətlərin 19 008-i (62%) sorğu xarakterli olub. "Qaynar xətt"ə əsasən tibbi yardımın təşkili ilə bağlı müraciətlər olur.
 
Aktual.az 
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR