17 yaşlı qız 12-ci mərtəbədən yıxılaraq öldü

17 yaşlı qız 12-ci mərtəbədən yıxılaraq öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR