15 gün gecikdirilən istiliyin haqqı necə hesablanacaq?

15 gün gecikdirilən istiliyin haqqı necə hesablanacaq?

Hansı yaşayış binasına istilik nə vaxt verilibsə, oradakı mənzillərdə yaşayan abonentlərin də istilik haqqı həmin tarixdən, həmin gündən hesablanır.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Xidmət rəisinin sözlərinə görə, istilik pulu istilik alınan günlərin sayına uyğun hesablanacaq:

Bu il qazanxanalar, əsasən, noyabrın 27-də, bəzi qazanxalar isə fərqli vaxtlarda işə düşüb. Bizdə hansı bina neçə gün istilik alıbsa, onların uçotu aparılıb. Abonentlər üçün istilik haqqı istilik alınan günlərin sayına uyğun hesablanacaq. Ona görə də istilik haqları avtomatik olaraq hamıya eyni qaydada noyabrın 15-dən hesablana bilməz. Bizə gündəlik məlumatlar daxil olur ki, hansı bina hansı gündən istilik şəbəkəsinə qoşulub. Hətta hesabatda qazanxananın işə salındığı və rejimə nə vaxt çıxıldığı saat da dəqiq göstərilir".

Qeyd edək ki, mövcud tariflərlə görə, istilik haqqı mənzilin hər 1 kv.m-i üçün 15 qəpik təşkil edir.

Xatırtladaq ki, "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında borc problemi olduğundan payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə noyabrın 15-dən etibarən deyil, bir neçə gün sonra başlanıb.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR