13 milyona alınan futbolçunu 70 milyona transfer edirlər

13 milyona alınan futbolçunu 70 milyona transfer edirlər
  • İDMAN

Avropanın böyük klublarının maraq dairəsində olan "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanqa Çindən təklif gəlib.

Aktual.az fanat.az-a istinadən xəbər verir ki, qabonlu futbolçunu "Quanqzu Everqrande" və "Pekin Quoan" klubları transfer etmək istəyir.
Bildirilir ki, "Quanqzu Everqrande" Aubameyanq üçün "Borussiya"ya 70 miyon avro, futbolçunun özünə 18 milyon avro maaş təklif edir. 
"Pekin Quoan"ın da bu transfer üçün 2 aydır almanlarla danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya "Borussiya"ya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 23 rəsmi oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR