Cənubi Koreya sakini ölkənin ən hündür göydələnlərindən birinin təpəsinə çıxaraq dəhşətli görüntülər lentə alıb.
Publika.az xəbər verir ki, 28 yaşlı alpinist Kim Ceyn heç bir xüsusi təhlükəsizlik təchizatı olmadan 123 mərtəbəli göydələnin üstünə çıxıb. Binanın üzərinə çıxmağa iki saatdan çox vaxt sərf edən Ceynin yüksəklikdə çəkdiyi video sosial şəbəkələrdə izlənmə rekordu qırıb.