12 iranlı məhkum ölkəsinə təhvil verildi

12 iranlı məhkum ölkəsinə təhvil verildi

Azərbaycanda cəza çəkən 12 iranlı məhkum bu gün öz ölkəsinə təhvil verilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.

Onun sözlərinə görə, məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında imzalanmış məhbusların mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilir.

N.Vətən deyib ki, dekabrın 12-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 12 iranlı məhkum Astara sərhəd-keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndələrinə təhvil verilib. Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Onun bildirdiyinə görə, İrana təhvil verilmiş məhkumların əksəriyyəti narkotiklərin satışı və daşınmasında ittiham olunurdular.

Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 130 İran vətəndaşı cəza çəkir. Bundan başqa, Azərbaycanda saxlanılan 50 İran vətəndaşı barəsində hələ məhkəmə qərarı çıxarılmayıb. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. İran həbsxanalarında isə hazırda 14 Azərbaycan vətəndaşının cəza çəkdiyi bildirilir.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR