Zorla ərə vermək istədikləri bacıları başqasına qoşulub qaçdı - "Adətə görə öldürdük"

Zorla ərə vermək istədikləri bacıları başqasına qoşulub qaçdı -

İstanbulda ailəsinin zorla evləndirmək istəyinə qarşı çıxıb, sevdiyinə qoşularaq qaçan Sinem Ç.qardaşları tərəfindən güllələnib. 

İstanbulun Arnavutköy qəsəbəsində ötən gün Sinem Ç. adət-ənənə qurbanı olub. Ərzurumda yaşayan və 6 mayda 18 yaşını qeyd edən Sinem 2 ildir Əhməd B. ilə sevgili idi. Ailəsi gənc qızı başqa biri ilə evləndirmək istəyib. Vəziyyəti sevdiyi gəncə izah edən və yaşının kiçik olduğunu söyləyən Sinem hər şeyi gözə alaraq Əhməd B. ilə qaçıb.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, Ərzurumdan İstanbula gələn və sevdiyi qızı qaçıran Əhməd onu Arnavutköydəki bacısının evinə aparıb. Sinemin ailəsi qız üçün ölüm qərarı verib.

Böyük qardaşları Ərzurumdan yola çıxıblar. Əvvəl İzmirə gedən, buradan avtomobil kirayəyə götürən İsmət, Vedat və Bayram Ç. İstanbula gediblər. Qısa müddətdə bacılarının yerini tapan böyük qardaş evə gedib Sinemi çölə çağırıb. Daha sonra Sinem güllələnib. Təcili yardımla Arnavutköy Dövlət Xəstəxanasına çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Ahmet B. Sinemin böyük qardaşları tərəfindən axtarıldığını və "Sənin də sonun bacımız kimi olacaq, gözlə səni də öldürəcəyik. O ölümü sən də dadacaqsan", - deyə təhdid edildiyini deyib.

Polis axtarışa verdiyi qardaşların izini müəyyən edərək onları saxlayıb. Nəzarətə götürülən şübhəlilər İstanbula göndərilib. Şübhəlilərin ilk ifadələrində "Adət-ənənəmiz bunu tələb edirdi, namusumuzu təmizlədik" , - dedikləri məlum olub.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR