"Yardımlar birbaşa qaçqınların özlərinə veriləcək"


"Bu daha çox qaçqınların və məcburi köçkünlərin mənafeyini müdafiə edən bir qərardır.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əliyev Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, məçburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan yardımların kəsilməsindən söhbət gedə bilməz:

"Sadəcə, yadımın ünvanlı, daha dəqiq olması və məcburi köçkünləri diqqətdə saxlamaq üçün belə bir addım atılıb. Fərmana görə, hər adam başına 36 manat müyyən edilib. Əvvəl onlara işıq, qaz və su üçün verilən yardımlar aidiyyatı qurumların hesabına, yəni ayrı-ayrı təşkilatlara köçürülürdü. Amma indi həmin yardımlar birbaşa şəxslərin özlərinə veriləcək. Onlar da bu yardımdan istədiyi şəkildə istifadə edəcək.”
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR