Xarici jurnalistlər Cocuq Mərcanlıda minatəmizləmə və tikinti işləri ilə tanış olublar

Xarici jurnalistlər Cocuq Mərcanlıda minatəmizləmə və tikinti işləri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan minatəmizləmə və tikinti işləri ilə tanış olublar.
 
Aktual.az-ın  XİN-in saytına istinadən yaydığı məlumata görə, jurnalistlərə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturlarının nümayəndələri tərəfindən ətraflı məlumatlar təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar. 
 
KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda, bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.   
 
Xatırladaq ki, səfərdə "Reuters”, "Associated Press”, "Anadolu” və "İhlas” agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, "Eurasianet”, "RİA Novosti", "Sputnik”, "İnterfaks-Azərbaycan”, "Efe” və digər media qurumlarının jurnalistləri iştirak edir.
 
Aktual.az
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR